Advertisements
24 saat

Cins şalvarları niyə soyuducuda saxlamaq lazımdır?


Müasir dövrdə cins geyimlər qarderobumuzun əsasını təşkil edir. Ancaq çoxumuz cins geyimlərə necə qulluq etməli olduğumuzu bilmirik. Cins geyimlər istehsal edən firmalar isə bunun heç də çətin olmadığını bildirirlər.

24saat.org 1xəbər.com-a istinadən cins şalvarların daha gec köhnəlməsi üçün bir neçə qayda təqdim edir:

Cins geyimlər 2-3 ay geyildikdən sonra formasını itirir. Bunun qarşısını almaq üçün belə geyimləri paltaryuyanda yox, əldə yumaq məsləhətdir.

Qol nahiyəsindən köhnəldiyi hiss olunan cins pencəyi və ya köynəyi isə yenidən əvvəlki vəziyyətinə qayıtması üçün soyuducuya qoymaq olar.

Həmçinin, şalvarları da soyuducuya qoyduqda yeni alınmış kimi görünür. Bunun üçün cins geyimi soyuducu torbasına qoyub buzluğa atmaq lazımdır. 24-48 saat sonra geyimi buzluqdan çıxarmalısınız.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: