Now Reading:
Çinlilər saxta yumurta istehsal edirlər – VİDEO
Full Article 30 second read

Çinlilər saxta yumurta istehsal edirlər – VİDEO

Saxta məhsullar hazırlamaqda məşhur olan çinlilər indi də saxta yumurta istehsal etməyə müvəffəq olublar. Bu barədə bazar ertəsi Trend Türkiyənin “Milliyet” qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, çinlilər bununla kifayətlənməyərək sirlərini paylaşmaq üçün “saxta yumurta kursları” açıblar. Belə kurslardan biri ölkənin cənubundakı Şenjen şəhərində açılıb.
Məhz həmin kursa gizli yolla daxil olan honqkonqlu jurnalistin əldə etdiyi məlumat ölkə ictimaiyyətini heyrətləndirib.
Parafin və jelatin kimi müxtəlif kimyəvi maddələr sayəsində istehsal edilən yumurtaları əslindən fərqləndirmək xeyli çətindir.


 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: