Loading...
Loading...

Çinli sənətkar dünya liderlərinin heykəllərini düzəltdi – Xəmirdən

İlk dəfə Çinin ev sahibliyi ilə baş tutacaq G20 Hangzhou zirvəsinə sayılı günlər qalmış çinli sənətçi Vu Xiaoli sammitdə qatılacaq liderlərin xəmirdən heykəllərini düzəldib.

24saat.org xəbər verir ki, dünyanın ən böyük 20 iqtisadiyyatını birləşdirən G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammitə bu il ilk dəfə Çin ev sahibliyi edir.
4-5 sentyabr tarixlərində Hangzhouda keçiriləcək sammit üçün Vu Xiaoli maraqlı bir iş həyata keçirib. Belə ki, o, Çinin baş naziri Şi Cinping, İngiltərənin baş naziri Theresa May, Almaniyanın baş naziri Angela Merkel, Fransanın baş naziri Holland daxil olmaqla bir çox liderin kiçik heykəllərini yaradıb.
Heykəllərdə liderlərin gülümsəməsi və çiyinlərində ağ rəngli bir quşun oturması, eləcə də bir əllərində çiçək, digər əllərinin havada salam verən şəkildə dayanması liderlər üçün həm isti bir qarşılamadır, həm də dünyada sülh olmasına bir işarədir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Zəhərli ilan şərabı belə hazırlanır – Fotolar / Video

%d bloqqer bunu bəyənir: