Now Reading:
“Çingiz Abdullayev könüllü surətdə istefa verməlidir” – Böyükağa Hacıyev
Full Article 50 second read

“Çingiz Abdullayev könüllü surətdə istefa verməlidir” – Böyükağa Hacıyev



“Neftçi”ni xeyli oyunçu tərk edib. Bu günlərdə isə Ruslan Qurbanov da “Qəbələ”yə keçid edib.

“Bəs bundan sonra komandada kim oynayacaq? Bu sualı “Neftçi”ni sevən hər kəsə ünvanlayıram”.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Azərbaycanın tanınmış futbol mütəxəssisi, “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev paytaxt komandasında son dövrlər baş verələri şərh edərkən səsləndirib. Hacıyev bildirib ki, “Neftçi” güclülər dəstəsini tərk edə bilər:

“Bu gedişlə komanda Vəli Qasımovun qarşısına şərt qoyduqları kimi, nəinki ilk “3-lüy”ə düşməyəcək, ola bilsin ki, aşağı diviziona yuvarlanacaq. Çingiz Abdullayev böyük yazıçıdır, hörmətimiz var. Amma o bilməlidir ki, futbol elmdir. Məhz bunu nəzərə alıb komandanın Müşahidə Şurasından könüllu surətdə istefa verməlidir”.

Xatırladaq ki, bu günlərdə “Neftçi”dən “Qəbələ”yə transfer olunan millimiin hücumçusu Ruslan Qurbanov keçmiş komandası barədə bunları yazıb:

“Mənə qarşı haqsızlıq edildi və it kimi yanaşıldı. Bu, artıq son olduğundan, “Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: