Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çingiz Abdullayev istefa verəcəkmi?

Xəbər verdiyimiz kimi, şənbə günü Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Qəbələ” Bakıda “Neftçi”ni 8:0 hesabı ilə biabırçı məğlubiyyətə uğradıb. Vaxtilə Azərbaycan futbolunun flaqmanı olmuş komanda artıq neçə ildir böyük qələbənin nə olduğunu bilmir.

Dünən isə baş məşqçisi Vəli Qasımov xəstəxanaya düşən “Neftçi”, 1992-ci ildən çıxış etdiyi Azərbaycan çempionatları tarixində ən böyük məğlubiyyətini yaşadı.

“Qəbələ” ilə matçın gedişində izdiham komandanın məşqçilərinin və klub rəhbərliyinin istefasını tələb edib. Xatırladaq ki, “Neftçi” nin Müşahidə Şurasının rəhbəri məşhur yazıçı Çingiz Abdullayevdir. Onun rəhbərliyi altında klub yarım il ərzində demək olar, heç nəyə nail olmayıb. Keçən mövsümü komanda özünə yaraşmayan 6-cı yerdə başa vurdu. Düzdür, “Zirə” və “İnter” Avropa kubokları oyunlarına buraxılmadıqları üçün “Neftçi” orada oynamaq şansı qazandı, amma çıxışı yenə də uğursuz oldu.

Dünənki məğlubiyyətdən sonra Ç. Abdullayev söz verdi ki, dəyişikliklər olacaq, ancaq bu barədə qərar bayramdan sonra elan ediləcək.

Həmin qərarlar nədən ibarət olacaq? Xəstə baş məşqçi Vəli Qasımovu azad edəcəklərmi? Müşahidə Şurasının tərkibi, necə deyərlər, silkələnəcəkmi? Bəlkə Çingiz Abdullayevin özünə təklif edəcəklər ki, bu qədər biabırçılıqdan sonra çıxıb getsin?

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Neftçi”də radikal qərarlar: Məşqçi heyəti buraxıldı, mükafatlar ləğv olundu

%d bloqqer bunu bəyənir: