Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çində 1700-ə yaxın kilsənin xaçı söküldü

Çin hökuməti xristian kilsə və məbədlərinin üzərində olan xaçların sökülməsinə dair kütləvi surətdə fərmanlar verir. Son iki ildə xristianlıq rəmzi olan xaç 1200-1700 kilsədən sökülüb.

“Report” bildirir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Çin hökumətinin hədəfinə əhalisinin əksəriyyəti xristian dininə etiqad edən Çjetszyan əyaləti tuş gəlib. Çində ümumilikdə təqribən 60 milyon xristian yaşayır. Xaçları sökülən kilsələrin sayı barədə məlumat material sahibinin əyalətə səyahəti zamanı sorğuladığı yerli sakin və məmurlara əsaslanır.

“Bununla mübarizə aparmaq çətindir. Biz yalnız diz üstə oturub dua edə bilərik”, – deyə Şuytoudakı kilsənin rəhbəri bildirib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb

%d bloqqer bunu bəyənir: