24 saat

Çində 31 barmaqlı uşaq dünyaya gəlib


Çinin Hunun əyalətində dünyaya gələn oğlan uşağının əllərində 15 barmaq, ayaqlarında isə 16 barmaq var.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, körpənin baş barmaqları yoxdur.

Körpənin valideynləri əməliyyat üçün 30 min dollar toplamaq üçün internet istifadəçilərindən kömək istəyiblər. Məlumata görə, xeyirxah insanlar buna biganə qalmayıb. Artıq 6 min dollar yığılıb və pul köçürməsi davam edir.

Bu cür anormallıq körpənin anasında da müşahidə olunub. Qadının əl və ayağının hər birində 6 barmaq var.

Rekord isə hindistanlı oğlan Akşatu Saksenə məxsusdur. Onun ümumilikdə 34 barmağı var. Hər əlində 7 barmaq və hər ayağında 10 barmaq mövcuddur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: