Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mehkeme-turk-300x194

Cinayət Məcəlləsi günahsızlarla günahkarlar arasında

Qanunlar müxalifətçiləri cəzalandırmaq üçün səlahiyyətlidir

Azərbaycanda vəziyyət sözün həqiqi mənasında analoqsuzdu. ölkədə baş verənlərə nəzər salanda bu qənaətə gəlmək olur ki, Cinayət Məcəlləsi, istintaq prosesi, prokurorluq, polis, ümumiyyətlə hüquq mühafizə orqanları yalnız müxalifət üçündür.
Çünki, bir müxalifətçidən şikayət olanda, bir müxalifətçinin fəaliyətində zərrə qədər axsaqlıq olanda aidiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçir. Əksər hallarda da qondarma ittihamlar, şər-böhtan üzərində cinayət işləri açılır, günahsız insanlar həbs edilir.
Amma hər gün ölkədəi hüquqsuzluqla, korrupsiya faktları ilə bağlı müxtəlif məlumatlar yayılır və bütün aidiyyatı qurumlar susqunluq nümayiş etdirir.
Tale Bağırzadə məhkəmədə işgəncələrdən danışır, Tağı Əhmədov Akif Çovdarova 3 milyon manat rüşvət verdiyini etiraf edir, Cahangir Hacıyev Samir Şərifovu milyonları mənimsəməkdə ittiham edir, Binəqədidəki yanğınla bağlı dəhşətli ifadələr verilir və bütün bunlara qarşı bir hərəkətsizlik var. Təbii ki, aşkar qanunsuzluqlar bununla da yekunlaşmır. Hesablama Palatasının hesabatlarında bütün sahələrdə yeyintilərin olduğu bildirilir, icra başçısı müxalifət funksionerini öz kabinetində döydürür, razılaşdırılmış mitinqdə iştiraka görə adamlar polisə dəvət olunur, yeniyetmə oğlan polisdə ona verilən işgəncələrdən danışır və yenə də heç bir tədbir görülmür.
Müxalifətçilərin fəaliyyətində qəik-quruş axtaran, “Azadlıq” qəzetinə yeni maddə düzəltməyə çalışan hökumət, bu qədər iri miqyaslı cinayətləri görmək istəmir.
Belə çıxır ki, Azərbaycanda qanunlar, məhkəmələr, polis, prokurorluq sadəcə cəza alətidi və günahsızların başının üstünü kəsdirmək missiyası daşıyır. Böyük korrupsionerlər, yüksək vəzifəli cinayətkarlar isə toxunulmazdır. Hətta prezidentin nəzarətə götürdüyü cinayət işlərinin də nəticəsi olmur.
Bu ölkədə əsl qanun pozanlar, milyardları talan edənlər yalnız hədələnir, bu adamlara görüntü xatirinə barmaq silkələnir və belələri öz çirkin fəaliyyətlərini davam etdirirlər.
Sözsüz ki, bu ölkədə aidiyyatı qurumlar öz vəzifələrin düzgün yerinə yetirə bilsəydi, Azərbyacan bu qədər ağır vəziyyətə düşməzdi. Nə milyardlar oğurlanardı, nə də korrupsionerlər yuxarı başda otura bilərdi.
İndiki halda isə bütün qanunlar şaha tabedir və ədalətin hüquqi yola zəfər çalması mümkünsüzdür.
Azərbaycanda Cinayət Məcəlləsi yalnız həqiqəti deyənləri, eybəcərlikləri tənqid edənləri cəzalandırmaq üçündür.

azadliq.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Natiq Cəfərli: “Bu ittihamı yayanlar İlqar Məmmədovun 3 il 8 ay həbsdə qalmasına baxıb utansınlar”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: