Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
w

Çin astronavtları kosmik stansiyada bitki əkəcək

Çin kainatı araşdırmaq üçün bazar ertəsi günü orbitə iki kosmonavt göndərib.

Astronavtlar – kosmosda iki dəfə olmuş 49 yaşlı Jing Haipeng və 37 yaşlı Chen Dong Çinin şimalındakı Jiuquan Peyk Mərkəzindən kosmik stansiyaya uçub.
Onlar təcrübi Tiangong 2 kainat laboratoriyasında 30 gün zaman keçirəcək; Bu, Çin astronavtlarının kainata ən uzun səfəridir.
Bu və əvvəlki uçuşlar Aya və ya Marsa insan missiyasının göndərilməsinin göstəriciləri hesab olunur.
İlk Tiangong və ya Ülvi Saray stansiyası bu ilin əvvəlində istismardan çıxarılıb.
Astronavtlar kosmosda 2 dəfə olmuş 49 yaşlı Jing Haipeng və 37 yaşlı Chen Dong-dur.Image copyrightEPA
w
d
BBC müxbiri Stephen McDonell mərkəzdə peykin buraxılmasına şahidlik edib:
Daxili Mongoliyada yerləşən buraxılış stansiyasında raketin səmada açdığı çızıqları izləyirəm.
Astronavtlar iki gün ərzində kosmik laboratoriyaya çatacaq və növbəti ay orada yaşayacaq.
Cütlük stansiyada müxtəlif təcrübələr keçirəcək, o cümlədən bitki əkəcək. Onlar həmçinin öz bədənlərini sınaqdan keçirmək üçün ultrasəs cihazından istifadə edəcəklər.
Bu missiya burada əhəmiyyətli milli qürur mənbəyidir. O qədər ki, hələ indiyə qədər xarici media buraxılışları izləmək üçün bu hərbi bazaya buraxılmamışdı.
Hava gəmisi Bakı vaxtilə gecə saat 02.30-da Long March-2F raketlərinin köməyi ilə səmaya qalxıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İŞİD lideri Mosuldakı hava hücumundan son anda – Xilas oldu

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: