Loading...
Loading...

Çikaqo polisi üç nəfəri qətlə yetirmiş silahlı şəxsin gizləndiyi binanı mühasirəyə alıb

BŞ-ın İllinoys ştatının Çikaqo şəhərində polis 3 nəfərin qətlində şübhəli bilinən şəxsin olduğu həyət evini mühasirəyə alıb.
“Report”un məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər yayıb.
Hələlik adı açıqlanmayan silahlı şəxsin çərşənbə günü bir ailənin üzvü olan iki gənc qadını və 50 yaşlı kişini qətlə yetirdiyi bildirilir. O, bundan sonra Fernvud ərazidə yerləşən evlərdən birində gizlənib.
Silahlı şəxs polisə və xüsusi təyinatlı dəstənin əməkdaşlarına atəş açıb. Hüquq-mühafizə orqanlarının cavab atəşi ilə o, yaralanıb.
Agentliyin məlumatına görə, adı açıqlanmayan silahlı indiyə qədər evdədir. Polis yaxınlıqdakı küçələrə giriş-çıxışı məhdudlaşdırıb və cinayətkardan təslim olmağı tələb edir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ərdoğan müharibədən danışdı – Avropanı hədələdi

%d bloqqer bunu bəyənir: