Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Cib müxalifəti”nin “Ağdaş aşırımı”: İqbal Ağazadəyə hədiyyə olunan mandat

Azərbaycan siyasi mühitində heç bir dəyərə və əhəmiyyətə malik olmayan 18 iyun təkrar parlament seçkilərinə çox az zaman qaldı.

Bu dəyərsizlik və əhəmiyyətsizlik təkcə namizədlərin siyasi çəkisi ilə bağlı deyil. Ən başlıcası o səbəbdən ki, təkrar seçkilərin baş tutacağı 90 saylı Ağdaş seçki dairəsində möcüzə baş verməyəcək. Digər 124 seçki dairəsi kimi burada da mandat seçimlə yox, bəlli dairənin hədiyyəsi ilə baş verəcək.

Bununla bağlı Savash.org-a məlumatlar daxil olmaqdadır. Etibarlı mənbənin verdiyi məlumata görə, hakim komandanın bu dairə üzrə mandat hədiyyə edəcəyi şəxs Ümid Partiyasının sədri İqbal Ağazadə olacaq. Mənbəmiz bir neçə gün bundan öncə İqbal Ağazadənin Bakıda hakimiyyətin məsul bir şəxsi ilə görüş keçirdiyini və mandat hədiyyəsinin qarşılığı olan gələcək fəaliyyətinin müzakirə olunduğunu bildirib.

Eyni zamanda İ.Ağazadəyə seçki kampaniyasında icazə verildiyindən artıq “qəhrəmanlıq” göstərdiyinə görə irad tutulub. Gələcəkdə də belə özfəaliyyətin təkrarlanmamasına dair qəti tapşırıq verilib.

Savash.org-a daxil olan məlumata görə, parlamentdə yer aldıqdan sonra İ.Ağazadə radikal müxalifət imici qazanmaq üçün icazəli qəhrəmanlıq göstərəcək. Bunun ardınca isə “Ümid” sədrinə KXCP, ADP, AXP, Razi Nurullayevin AXCP-si və digər kateqoriyadan olan qüvvələri ətrafında birləşdirərək blok yaratmaq tapşırılıb. Eyni zamanda həmin partiyaların maddi ehtiyaclarının da İqbal Ağazadə vasitəsilə ödəniləcəyi nəzərdə tutulub.

Beləliklə, İqbal Ağazadənin ümidi mandata, “cib müxalifəti”nin ümidi isə İqbal Ağazadəyədir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Z.Həsənov Moskvaya gedir

%d bloqqer bunu bəyənir: