Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

CHP-dən Kılıçdaroğlu ilə bağlı ilk açıqlama

Ağır silahlar və qumbaraatanla sui-qəsd hazırlığında olduqlarını anladıq.

Axar.az xəbər verir ki, bunu CHP nümayəndəsi Özgür Özəl Kamal Kılıçdaroğlunun silahlı hücuma məruz qalması ilə bağlı açıqlama verərkən deyib.

“Mühafizəçilərinin sayıqlığı nəticəsində cənab Kılıçdaroğlu bu hadisədən salamat qurtuldu. Hücum zamanı tərəflər arasında şiddətli atışma yaşandı. Maşın karvanını qoruyanlardan xəsarət alanlar var. Bütün yaralılara şəfalar diləyirik. Hörmətli sədrimizə qarşı təşkil edilən hücum Türkiyəyə və demokratiyamıza qarşı edilən hücumdur”, – Özəl bildirib.

Xatırladaq ki, CHP lideri Artvin vilayətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən avtomobil karvanı atəşə tutulub. Terrorçular Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla vurmaq istəyib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

ABŞ-ın hərbi gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açdı

%d bloqqer bunu bəyənir: