Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çexiya prezidenti “erməni soyqırımı” ilə bağlı qətnamənin parlamentdə müzakirəsini təklif etdi

Çexiya prezidenti Miloş Zeman “erməni soyqırımı” ilə bağlı qətnamənin parlamentdə müzakirə edilməsini təklif edib.

ANS PRESS-in məlumatına görə, Zeman bu təkliflə ölkə parlamentinin deputatlar palatasının sədri Yan Hamaçeki qəbul edərkən çıxış edib.

Görüş zamanı Zeman Hamaçekə “erməni soyqırımı” ilə bağlı qətnaməni müzakirəyə çıxarmağı məsləhət görüb.

Xatırladaq ki, Zeman iyunun 7-də Ermənistanda səfərdə olub. Səfərdən sonra o, “erməni soyqırımı”nın tanınması məsələsində Çexiyanın Almaniyadan nümunə götürməli olduğunu deyib.

Ermənistan prezidenti Serj Sarkisyan isə Zemana dəstəyə görə erməni konyakı verib. Çexiya prezidenti Sarkisyana parlamentdə “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi üçün çalışacağını deyib.

Onu da xatırladaq ki, yunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq “erməni soyqırımı” layihəsini səsverməyə çıxarıb.

Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Tornado 51 can aldı

%d bloqqer bunu bəyənir: