Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çevrilişdən qurtulmaqda Rusiya və İran Ərdoğana niyə dəstək verib?

İranın “Fars” informasiya agentliyi iyulun 20-də geniş məlumat yayıb ki, Türkiyədə hərbi çevrilişin pozulması Rusiyanın mötəbər orqanlarının Ərdoğanı ona qarşı hazırlanan çevrişilşdən xəbərdar etməsiylə bağlıdır. “Fars” bu zaman ərəb KİV-lərinin məlumatlarına isnad edir. Bir neçə ərəb nəşri, xüsusən də “Rai Alyoum”bu məxfi məlumatı təqdim etmiş Ankaradakı hansısa diplomatik qaynaqlara istinad edir. Guya, Türkiyənin milli kəşfiyyat xidməti MİT rusiyalı həmkarlarından yaxınlaşmaqda olan hərbi çevriliş, Türkiyə prezidentinin həbsi və yaxud hətta öldürülməsinə hazırlıq haqda kəşfiyyat məlumatı alıb.

Rusiya KİV-ləri “Fars”ın məlumatındakı Rusiya ünsürlərinə artıq diqqət yetirib. Lakin çevriliş anında məhz Rusiya ilə İranın Ərdoğan rejiminə dəstəkdə birgə hərəkət etməyi haqda İran informasiya agentliyinin məlumatı mövzudan kənarda qalıb. İranlılar öz nəşrlərini bu cür yekunlaşdırırlar: “Keçən həftə Türkiyədə çevrilişə cəhd hazırda Türkiyənin Suriya siyasətindəki dönüşlə bağlı bölgəsəl qarşıdurmanın artmasına səbəb olub. Bu məlumat təsdiqlənsə, onda Rusiya və İranın Ərdoğana köməyi bildirəcək ki, bölgədə qüvvələr tarazlığı və bərabərliyi yenidən nəzərdən keçirilməlidir”.

“Fars” Qərbin adı çəkilməyən KİV-lərindən Ərdoğan Tehrandan hansısa “tövsiyələr” aldıqdan sonra çevriliş vaxtı öz tərəfdarlarını küçələrədə qalmaq xahişi haqda məlumatına isnad edir.

“Fars” bundan sonra birbaşa iddia edir ki, İranın ölkə təhlükəsizliyinə sorumlu bir neçə yüksəkçinli siması keçən cümə günü, yəni iyulun 15-də gecə-gündüz prezident Ərdoğan və onu nazirlər kabineti ilə müntəzəm təmasda idilər. Söhbət konkret olaraq İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” xüsusi bölməsinin komandiri Qasım Süleymanidən gedir. Hətta “Fars”ın göstərilən məlumatında söhbət ondan gedir ki,Türkiyədə çevriliş cəhdinin arxasında “bir neçə xarici dövlət” dururdu, çevriliş cəhdinin özü isə Türkiyənin Suriya üzrə mövqeyinin dəyişməsilə bağlıdır.

Hansısa diplomatik qaynaqlar “Fars”a xəbər verib ki, Ərdoğanın xarici siyasətindəki çevrilişdən cəmi bir həftə öncə elan edilmiş dəyişiklik “bir neçə xarici dövləti çevriliş törətməyə təhrik edən və qiyam təşkil edən orduya dəstək vədi” əsas səbəblərdən biri oldu, lakin onu (Ərdoğanı) elə bu dəyişiklik xilas edib.

İranlılar Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdi ilə 1953-cü ildə İranın baş naziri Müsəddiqə qarşı uğurlu çevrilişin paralellərinə işarə edirlər. Bu, ABŞ və onun xüsusi xidmətlərinin Türkiyədə hazırda baş verənlərdə roluna yetərincə aydın eyhamdır. İranlılar xatırlayırlar ki, Müsəddiqi devirməyə ard-arda cəmi iki cəhd olub. Biri uğursuz, digəri uğurlu olub. Bu qayda ilə İrandan eyham vururlar ki, Türkiyədə vəziyyət Ərdoğan üçün ümidsiz olaraq qalır və amerikalıların təhrik etdiyi daha bir çevriliş cəhdi gələ bilər.

Bundan başqa, “Fars” Səudiyyə Ərəbistanı və BƏƏ-nin Türkiyə hadisələrinə birbaşa cəlb edildiyinə işarə edir. Ən azı, iddia olunur ki, Ər-Riyadda da, Əbu Dabidə də Türkiyədə hazırlanan çevriliş haqda əvvəlcədən bilirdilər. Konkret olaraq Səudiyyə Ərəbistanının varis şahzadəsinin müavini və ölkənin müdafiə naziriMəhəmməd bin Salman Türkiyədəki hərbi çevriliş haqda əvvəlcədən məlumatlandırılmışdı. Guya, Salman hazırda çevrilişin hazrlanmasında BƏƏ-nin rolunu ört-basdır etməklə türkləri inandırmağa çalışır və əvəzində onlara xeyli pul vəd edir. Səciyyəvidir ki, BMT TŞ-da Türkiyədə dövlət çevrilişi cəhdini qınamaq səyinin qabağını almış Misirdən fərqli olaraq Qətər, “Müsəlman qardaşlar” hərəkatı və HAMAS Ərdoğana qəti dəstək ifadə edir.

Ərəb şərhçilərin fikrincə, buna Türkiyə prezidentinə “ismarış” kimi yanaşmaq lazımdır ki, Türkiyənin xarici siyasətində bundan sonra da dönüş həyata keçirtsin. Ərəb dünyasında diqqəti buna yönəldirlər ki, Səudiyyə Ərəbistanının kralı SalmanTürkiyənin Suriya üzrə rəsmi müttəfiqi qiyamın boğulması münasibətilə Ərdoğanı yalnız hadisələrdən iki gün sonra, yəni aşkar şəkildə gec təbrik edib.

İranlıların fikrincə, Türkiyədə iflasa uğramış hərbi çevriliş bölgə problemlərinin nizamlanması üçün Türkiyənin İran və Rusiya ilə sonrakı yaxınlaşma perspektivinə malikdir.

Türkiyə əmək naziri Süleyman Soylu qiyam iflasının növbəti günü bildirib ki,“dövlət çevrilişinə cəhdin dalında ABŞ durub”. Bu cür açıqlamalar ABŞ dövlət katibi Con Kerrini Türkiyədə hərbçilərin sui-qəsdinə dəxli olduğu haqda bəyanatları “tamamilə yalan” adlandırmağa vadar etdi. “Fars”ın sözügedən ifşaedici dərcindən sonrakı gün Amerika MKİ direktoru Con Brennan jurnalistlərin sualına cavabında bildirib ki, onun idarəsi türk ordusunda Ərdoğana müxalifliyin həcmindən xəbərdar idi, lakin hazırlanan çevrilişdən tamamilə xəbərsiz idi.

Bu cür iddia Yaxın Şərqdə hamıya şübhəli görünür, çünki məlumdur ki, MKİ-nin bölgədəki ən böyük mərkəzlərindən biri Türkiyədə fəaliyyət göstərir. Bundan savayı, amerikalıların elektron casusluğu sahəsində də potensialı, həmçinin türk hərbçilərinin ABŞ-da akademik təhsili xətti üzrə onlarla dayanıqlı əlaqələri də məlumdur.

Birləşmiş Ştatlar çevrilişə dəstəyi inkar edir, lakin etiraf edirlər ki, son hadisə Türkiyə-Amerika münasibətləri üçün yeni sınaq meydanı yaradıb. Bununla belə, Ankara ABŞ-a təsir rıçaqlarını asta-asta və dəqiq şəkildə itirir. Amerikalılar Türkiyənin “İncirlik” bazasından asılılığı azaldırlar. Vaşinqton İŞİD-ə qarşı əməliyyatlarda artıq İraq Kürdüstanındakı hava bazasından istifadə edir. İraq informasiya agentliyi iyulun 18-də xəbər verib ki, Birləşmiş Ştatlar bölgəsəl Kürdüstan hökuməti ilə məxf hərbi razılaşma əsasında bölgədə daha beş bu cür baza qurmağı planlaşdırır. Bununla belə, ABŞ-la sıx bağlı olan AB Ərdoğana basqını zəiflətməyə hər hansı bir hazırlıq nümayiş etdirmir. Avropadan Türkiyə prezidentinin ünvanına avtoritarizm ittihamları dalğası yalnız güclənir.

Amerika KİV-lərində etiraf edilir ki, dövlət çevrilişinə cəhd artıq gərginləşmiş Amerika-Türkiyə münasibətlərinə yeni və ciddi zərbə vurub. Amerika ekspertləri hətta Amerika-Türkiyə münasibətlərində ciddi böhranın olduğunu qəbul edirlər. ABŞ-Türkiyə münasibətlərindəki gərginlik Gülənin çevrilişdə ehtimal edilən rolu və onun təhvil verilməsi haqda Türkiyə tələbindən daha dərindir. Hər iki ölkə Suriyada İŞİD-lə mübarizə strategiyası üzrə kəskin şəkildə ayrılıb.  

Türkiyə-Amerika münasibətlərində baş verənlər üçün olduqca səciyyəvidir ki, 2016-cı il iuyulun 20-də “Foreign Affairs” Amerika nəşrinin resursunda ekspert Ceffri Mankroffun “Rusiya ilə Türkiyənin yaxınlaşması. Bərabərhüquqlu tərəfdaşlıq gözləməyin” başlıqlı məqaləsi göründü. Məqalə məzmunca Moskva ilə yaxınlaşmaqdan qaynaqlanası təhlükələr haqda türklərn ünvanına xəbərdarlıqdır. Çünki Türkiyənin “arxa bağçası”nda Rusiyanın artan təsiri Ankara ilə Moskva arasında əsil tərəfdaşlıq imkanlarını məhdudlaşdırmağa davam edəcək. Mankroff etiraf edir ki, Ərdoğana qarşı uğursuz çevriliş cəhdi Ankaranın ABŞ və AB ilə gərgin münasibətləri hesabına qısamüddətli perspektivdə Rusiya-Türkiyə münasibətlərinin genişləndirilməsi üçün imkanlar yaradır. Lakin çevriliş Türkiyəni zəiflədib və beləliklə, Rusiya məcburiyyəti üçün dişbatan edib. Amerikalı müəllif burada Rusiya və Türkiyənin strateji maraqlarının təkcə Suriyada deyil, həm də Ukraynada ayrıldığını göstərərkən həm Ankaraya, həm də Moskvaya xəbərdarlıq edir. Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların təzələnməsi isə bölgədə Ankara ilə Moskva arasında rəqabəti gücləndirib.

Amerikalıların fikrincə, Türkiyədə baş tutmamış çevriliş Türkiyə ilə Rusiya arasındakı bu gərginliklərini ancaq bəzilərini qısamüddətli perspektivdə yumşalda bilər, lakin strateji dönüşdən söhbət gedə bilməz. Amerikalılar türklərə əvvəlcədən xəbərdarlıq edirlər ki, Rusiya Türkiyəni daha yaxına çəkmək üçün onun Qərbə yadlaşmasından istifadə edəcək. Çevrilişin “radioaktiv çöküntüləri” daha uzunmüddətli perspektivdə Türkiyənin təhlükəsizliyinə nisbətdə Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsinə səbəb olacaq. Ərdoğanın hərbçiləri təqibi Rusiyanın bölgədə qüvvəsinin genişlənməsinə qarşı durmaq iqtidarını daha da azaldacaq. Ərdoğanın özü isə Rusiyanı təkbaşına sıxışdıra bilməz.Rusiya Ankaraya ancaq qeyri-bərabər münasibətlər perspektivi təklif etməklə bölgədə öz nüfuzunu genişləndirməyi davam etdirəcək. Vaşinqtonun rəyi bu cürdür.

Yekun vurmaq olar ki, çevriliş iflasa uğrayandan sonra Ərdoğanın Suriya üzrə iki variantı var: əvvəlki status-kvonun saxlanması və yaxud Rusiya və İranla əməkdaşlığın fəallaşdırılması yoluyla siyasətin sonrakı dəyişimi istiqamətində addımlar atmaq. Bununla belə, siyasətdə hətta mümkün dəyişiklik Suriyanın şimalında kürd muxtariyyətinin yaradılmasına qarşı Türkiyənin etiraz səviyyəsinin hökmən azalacağını bldirmir. Türkiyənin təməl mövqeyi əvvəlki kimi qalır. Ölkədə kürd problemi həll edlməyincə sərhədlərindən o tərəfdə istənilən kürd muxtariyyətini rədd edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun əvvəlində Moskvaya hazırlanan səfərinin astar üzü bu cürdür.

Tərcümə Strateq.az-ındır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Məktəbli qızlar bakirəlik testindən keçirilir – FOTOLAR

%d bloqqer bunu bəyənir: