Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Çevriliş cəhdinin ordu tərəfindən təşkil edildiyi inandırıcı görünmür”

Mirzə Xəzər: “Ərdoğan ordunu elə “təmizləyib” ki, müstəqil hərəkət edəcək general qalmayıb”

“Xarici dövlətlərin bu oyunun arxasında dayandığını təxmin etmirəm”.

Məşhur beynəlxalq şərhçi Mirzə Xəzər 24saat.org-a açıqlamasında Türkiyədəki hərbi çevriliş cəhdinə münasibət bildirib. M.Xəzər hərbi çevriliş cəhdi ilə bağlı ssenarinin elə Ərdoğan tərəfindən yazılma ehtimalının böyük olduğunu bildirib:
“Çevriliş cəhdinin həqiqətən də ordu tərəfindən təşkil edildiyi ilə bağlı ciddi şübhələrim var. Ərdoğan Türkiyə Silahlı Qüvvələrində o qədər “təmizlik” əməliyyatı həyata keçirib ki, orduda bir nəfər də olsun müstəqil hərəkət edə biləcək general qalmayıb və ordunun hansısa çevriliş təşəbbüsünə öz iradəsi ilə baş vurmasını təsəvvür etmək çətindir”.
Ekspert bu qiyamın arxasında xarici dövlətlərin var olma ehtimalını inandırıcı hesab etmədiyini vurğuladı:
“Xarici dövlətlərin bu oyunun arxasında dayandığını təxmin etmirəm”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Darbə Ərdoğanın özü tərəfindən təşkil olunub -Günün ən axmaq tezisi”

%d bloqqer bunu bəyənir: