Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında 2016-2017 mövsümü üçün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Monakoda təşkil olunacaq tədbirdə 8 qrupun tərkibi müəyyənləşəcək.

Püşkatma öncəsi 32 komanda 4 səbətə bölünüb. Birinci səbətdə turnirin son qalibi İspaniya “Real Madrid”i və reytinqcə yüksək olan 7 ölkənin çempionları yer alıb. Qalan 3 səbətə isə klublar şəxsi reytinqlərinə əsasən bölünüblər. Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” 4-cü səbətə düşüb:
1-ci səbət: “Real Madrid” (İspaniya, kubokun hazırkı sahibi), “Barselona” (İspaniya), “Lester Siti” (İngiltərə), “Bavariya (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), MOİK (Moskva, Rusiya)
2-ci səbət: “Atletiko” (Madrid, İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Arsenal” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Portu” (Portuqaliya), “Napoli” (İtaliya), “Bayer” (Leverkuzen, Almaniya)
3-cü səbət: “Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Lion” (Fransa), PSV (Eyndhoven, Hollandiya), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika), “Borussiya” (Mönxenqladbax, Almaniya)
4-cü səbət: “Seltik” (Şotlandiya), “Monako” (Fransa), “Beşiktaş” (Türkiyə), “Legiya” (Varşava, Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Rostov” (Rusiya)
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
apasport.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ötən mövsümün ən gözəl qolu – VİDEO

%d bloqqer bunu bəyənir: