Advertisements
24 saat

“Çempionlar Liqası”nın loqosunda QALATASARAY izi – FAKT


Çempionlar Liqası emblemi 8 ədəd ulduzun bir futbol topunu yaradacaq şəkildə birləşməsi nəticəsində yaradılmışdır. Bu 8 ulduz Avropanın səkkiz fərqli ölkəsinin çempionlarını təmsil edir.

24saat.org bildirir ki, “Çempionlar Liqası” UEFA tərəfindən 1995-ci ildən bəri keçirilir. 1995-ci ilə qədərki adı “Çempion Klublar Kuboku” olan təşkilat, 1995-ci ildə aparılan reforma ilə “Çempionlar Liqası” adını alıb. Buna görə Avropanın bir nömrəli kubokunun adı və statusu dəyişdirilmiş, əhatəsi daraldılmış və çempionların qatıldığı bir turnir halına gətirilmişdir.

Yalnız çempionlar …

Çempionlar Liqası emblemi də bu prinsipə görə təşkil edilmiş və o tarixdə Çempionlar Liqasına iştirak etmək hüququ əldə edən ölkə çempionlarını təmsil edir. Bu ulduzlardan biri o il Türkiyə çempionu olaraq ilk Çempionlar Liqasına qatılan Qalatasarayın adı ilə bağlıdır.

1993-1994 mövsümündə Qalatasaray tarixi müvəffəqiyyətlərindən birinə imza atmış və “Manchester United”i seçmə mərhələdə turnerdən kənarlaşdıraraq “Çempionlar Liqası”na qatılmaq şansı əldə edib. Buna görə də, o dönəmdə hazırlanan “Çempionlar Liqası” logosuna Türkiyə çempionu Qalatasarayın ulduzu daxil edildiyindən, İngiltərə ulduzdan məhrum edilib.

Çempionlar Liqası logosunda əbədiləşən digər çempionlar isə bunlardır:

Barcelona (İspaniya), Monako (Fransa), Spartak Moskva (Rusiya), Milan (İtaliya), Porto (Portuqaliya), Verder (Almaniya), Anderlext (Belçika)

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: