Loading...
Loading...

Çempionlar Liqasında “pley-off” mərhələsində 5 oyun keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasında “pley-off” mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

24saat.org Report-a istinadən xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma baş tutacaq.
“Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran Çexiya “Viktoriya”sı Bolqarıstanda “Ludoqorets”in qonağı olacaq. Türkiyə “Fənərbağça”sına qalib gələn “Monako” isə İspaniyada “Vilyarreal”la münasibətlərinə aydınlıq gətirəcək.
Gecənin digər maraqlı görüşü isə Portuqaliyada baş tutacaq. “Portu” İtaliyanın “Roma” klubunu sınağa çəkəcək.

Çempionlar Liqası, “pley-off” mərhələsi
17 avqust

22:45. “Seltik” (Şotlandiya) – “Hapoel” (Beyer-Şeva, İsrail)
22:45. “Dandalk” (İrlandiya) – “Legiya” (Polşa)
22:45. “Porto” (Portuqaliya) – “Roma” (İtaliya)
22:45. “Ludoqorets” (Bolqarıstan) – “Viktoriya” (Çexiya)
22:45. “Vilyarreal” (İspaniya) – “Monako” (Fransa)

İlk oyun günündə qeydə alınan nəticələr:

16 avqust
22:45. “Ayaks” (Hollandiya) – “Rostov” (Rusiya) – 1:1
Qollar: Devi Klassen, 37 (P) – Kristina Noboa, 13
22:45. “Dinamo” (Xorvatiya) – “Zalsburq” (Avstriya) – 1:1
Qollar: Marko Roq, 76 – Valentino Lazaro, 59
22:45. “Kopenhagen” (Danimarka) – APOEL (Kipr) – 1:0
Qol: Andrija Pavloviç, 43
22:45. “Styaua” (Rumıniya) – “Mançester Siti” (İngiltərə) – 0:5
Qollar: David Silva, 14, Serrixo Auqero, 41. 78. 89, Duran Nolito, 49
22:45. “Yanq Boyz” (İsveçrə) – “Borussiya” (M. Almaniya) – 1:3
Qollar: Miralem Suleyani, 56 – Rafael, 11, Andre Hahn, 67, Alan Roçat, 69 (avtoqol)

Qeyd edək ki, cavab görüşləri 23-24 avqustda keçiriləcək.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Mariya Stadnik finalda – OLİMPİADA-2016

Loading...
%d bloqqer bunu bəyənir: