Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çempionlar Liqası: “Qarabağ” Lüksemburq klubuna qalib gəldi – VİDEO

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Virtualaz.org xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Lüksemburqun “F91 Düdelanj” klubu ilə qarşılaşıb.

Oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb. Komandamız “F91 Düdelanj” komandasından üstün olub – 2:0.

Komandamızın qollarını görüşün 10-cu və 27-ci dəqiqəsində Riçard Almeyda vurub.

Cavab oyunu bir həftə sonra Lüksemburqda təşkil olunacaq.

Xatırladaq ki, “Qarabağ” azarkeşləri oyundan öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar.

Fanatlar bu gün 44 yaşı tamam olan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.

Azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarları da səsləndiriblər. “

Qarabağ” klubun rəsmi Feysbuk səhifəsində də Raquf Orucovun doğum günündə yad edib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Barselona” Avropa çempionatının finalçısını transfer etdi

%d bloqqer bunu bəyənir: