Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Çelsi”nin sabiq futbolçusu Azərbaycana gəlir

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ”nin U-19 komandası Çempionlar yolunun I mərhələsində Rusiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Futbol11.az xəbər verir ki, tərəflər arasında ilk oyun Qəbələdə baş tutacaq.

Əldə etdiyimiz məlumata görə, gecə saatlarında Moskva təmsilçisi Bakıda olacaq. Moskva-Bakı reysi ilə gələn ruslar paytaxtımızdan birbaşa Qəbələyə yola düşəcək. Onlar səfər müddətində “Terminal” oteldə məskunlaşacaq.

Maraq üçün bildirək ki, “Dinamo”nun nümayəndələri arasında Rusiya millisinin sabiq üzvü, “Çelsi”, “Fulhem”, Bordo”, “Portsmut”, “Lokomotiv”, “Dinamo” kimi klublarda çıxış etmiş Aleksey Smertin də olacaq. O, hazırda Moskva təmsilçisində Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışır.

Qeyd edək ki, tərəflərin ilk görüşü sentyabrın 21-də, cavab matçı isə oktyabrın 19-da keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə 19:00-da start götürəcək.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

A Seriyasında klubların sayı azaldıla bilər

%d bloqqer bunu bəyənir: