24 saat

Ceki Çanın ölüm xəbəri yayıldı…


KİV-də dünya şöhrətli aktyor Ceki Çanın 62 yaşında vəfat etdiyi barədə məlumat yayılıb.

Yayılan xəbərlərdə məşhur aktyorun ölüm səbəblərinin bilinmədiyi bildirilir.

Aktyorun sosial şəbəkələrdəki rəsmi səhifələrində onun ölümü ilə bağlı heç bir məlumat yoxdur.

Ceki Çanın ölümü barədə 2011-ci və 2013-cü ildə də məlumatlar yayılmış, daha sonra bu xəbərlərin doğru olmadığı üzə çıxmışdı.

Son yayılan məlumatların da bu qəbildən olduğu güman edilir. Belə ki, məşhur aktyorun 2 milyon nəfər izləyicisi olan “Instagram” səhifəsində bir neçə saat öncə paylaşım olub və Ceki Çanın ölümü ilə bağlı hər hansı məlumatlar yoxdur.(BAKU.WS)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: