Loading...
Loading...

Çaydakı zəhər 15 nəfəri xəstəxanalıq etdi – Əhali qorxu içində – VİDEO

Onlarla kəndin sakinləri narahtdır.

Çaya zəhərli maddələri kim axıdır?
İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunda təhlükəli vəziyyət yaranıb. Çayın suyu naməlum səbəbdən göy rəngə boyanıb.
Babadağdan axıb gələn və bulaq sularından yaranan Girdiman çayında suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir. Hətta çayın içərisindəki daşlar da göy rəngə boyanıb. Təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsu və rayonun  Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin sakinlərini qorxuya salıb.
Sakinlərin sözlərinə görə, on gün əvvəl çaydan əvvəlcə köpüklü, ardınca göy rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi iyə malik olan çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır.
Zəhərli toksik maddələrin axıdıldığı su insanların sağlamlığına öz təsirini göstməyə başlayıb. Gəraybəyli kəndində 15-ə yaxın sakin  mədə-bağırsaq problemi,  işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib.
Sakinlərin sözlərinə görə, sudan istifadə etmək mümkünsüz hala çevrildiyindən onlar suyu almaq məcbiriyyətindədirlər.
Suyun tərkibinin yoxlanılması və bunun insan sağlamlığına hansı təsirinin olub-olmadığını müəyyən etmək üçün aidiyyatı qurumlara müraciət edilib. Vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin və Regional Ekologiya söbəsinin əməkdaşları ərazidə kompleks monitorinq keçiriblər. Girdman çayının İsmayıllı və Ağsu rayonlarının ərazilərindəki müxtəlif nöqtələrindən su nümunələri götürülüb və analiz edilmək üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil verilib.
Nəticələrin əldə olunması üçün bir neçə gün tələb olunur. Analiz nəticələri təhlil edildikdən sonra ekoloji vəziyyət qiymətləndiriləcək. (Region TV)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Gəncədə 17 yaşlı qız burun əməliyyatı zamanı ölüb

%d bloqqer bunu bəyənir: