Now Reading:
Çavuşoğlu ölən rus pilotun xanımı ilə görüşəcək
Full Article 30 second read

Çavuşoğlu ölən rus pilotun xanımı ilə görüşəcək



Türkiyə Hərbi-Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus “SU-14” təyyarəsinin pilotu Oleq Peşkovun həyat yoldaşı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.

24saat.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yelena Peşkova özü bildirib. “Ailəmizə nə qədər ağır olsa da, biz Moskvaya bu görüşə gedəcəyik”, – deyə Peşkova “Rossiya 24” telekanalının efirində bildirib.

Qeyd edək ki, bundan əvvəl Mövlud Çavuşoğlu “Rossiya 24” telekanalına müsahibəsində Türkiyənin həlak olan pilotun ailəsinə maddi dəstək göstərməyə, özünün isə mərhumun ailəsinə baş çəkməyə hazır olduğunu bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: