Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çavuşoğlu: “Azərbaycandan bizə güclü dəstək gəldi”

“Hərbi çevrilişə cəhd baş verdikdən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, həm də atdığı addımlarla göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur”.

24saat.org  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” televiziyasına müsahibəsi zamanı bildirib.
Türkiyənin Baş diplomatı bildirib ki, son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib.
M. Çavuşoğlunun sözlərinə görə, Rusiyanın bu məsələ ilə bağlı ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflərin də olduğunu deyən XİN başçısı, bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflərin də olduğunu bildirib: “Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik”.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

ANS-in taleyi bu həftə həll olunacaq

%d bloqqer bunu bəyənir: