Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
cavusoqlu2

Çavuşoğlu Avropa Parlamentinin sədrini riyakarlıqda ittiham etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin sədri Martin Şultsu riyakarlıqda ittiham edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu Ankarada səfərdə olan Çin XİN rəhbəri Van İ ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizə qarşı təhdidlər siyasətimizə təsir etmir və etməyəcək. Yaxşı olardı ki, Şults Avroparlamentdə PKK-nın fəaliyyətini dayandırsın, terrorçulara qarşı çıxış etsin. Biz bu məsələdə hələ ki Avropa İttifaqı nümayəndələrinin , o cümlədən Martn Şultsun ikiüzlülüyü və ikili standartlarını müşahidə edirik. İnsan haqları mövzusunda dərs keçmək istəyənlərin riyakarlığı bizə də, Çinə də yaxşı məlumdur”, – deyə M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, Avropa parlamentinin sədri Martin Şults Türkiyəni iqtisadi sanksiyalarla hədələyib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Türk “Bordo berelilər”i Əl Baba girdi – Şok

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: