Loading...
Loading...
cav-ziy

Cavid Qurbanov Ziya Məmmədovu tədbirə çağırmadı – HÖRMƏTSİZLİK

24saat.org saytı xəbər verir ki, ölkə başçısının 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü kimi təsis olunub və artıq 11 ildir ki, bu gün Azərbaycanda dəmiryolçuların peşə bayramı kimi qeyd olunur.

Saytımızın əldə etdiyi məlumata görə, bu il Cavid Qurbanovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC-də peşə bayramı ilə bağlı tədbir keçirilib. Tədbirə bir çox tanınmış dəmiryolçular dəvət olunsa da, nəqliyyat naziri Ziya Məmmədov bu siyahıya daxil edilməyib.

Əldə etdiyimiz məlumatda bunun səbəbi kimi C. Qurbanovla Ziya Məmmədov arasındakı soyuq münasibət göstərilib.

Onu da bildirək ki, Cavid Qurbanov “APA-Economics”-ə verdiyi açıqlamada da Ziya Məmmədovun ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərindən məlum olub ki, Z. Məmmədov və Arif Əsgərov korrupsiya ilə məşğul olub.

24saat.org saytı Cavid Qurbanovun həmin açıqlamasını da olduğu kimi təqdim edir:
“Mən əvvəllər də “Azərbaycan Dəmir Yolları” QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, yenidən “Azərbaycan Dəmir Yolları” QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum”.

“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, həmin vaxt lokomotiv parkı yox dərəcəsində olub: “10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım”.

Sədr digər nöqsanlara da toxunub: “Bir gün əsas binamızda otaqlardan birinə girdim və gördüm ki, bir xanım yanında uşaqla əyləşib. Otaqdan bozbaş iyi gəlirdi. Xanım yeməyi radiatorun üstündə qızdırırdı. Ən pisi odur ki, radiatorun “vilka”sı da bərbad gündə idi və “vilka” ilə “razetka” bir-birinə məftillə bağlanmışdı. Mən o xanımın xətrinə dəymədim, çünki onun bu məsələdə günahı yoxdur. Günahkar bu şəraiti yaradandır”.

O əlavə edib ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: “Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Zakir Qaralov şəhid atasını niyə qəbul etmir?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir