Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cavid Qurbanov baş nazir gətirilir – ZİYA MƏMMƏDOVUN QƏLƏMİNİ O QIRACAQ

 

Hakimiyyət daxilində baş nazir postu uğrunda mübarizəyə yeni iddialılar qoşulub.

24saat.org-u bilginləndirən mənbənin sözlərinə görə, yeni iddialılar maliyyə naziri Samir Şərifovla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. Mənbə xüsusilə Cavid Qurbanovun üzərində dayanaraq bildirib ki, baş dəmiryolçunun mübarizəyə qoşulması nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. “Ziya Məmmədov artıq fərqindədir ki, nazir kimi fəaliyyətini davam etdirə bilməyəcək. Amma yenə də işsiz qalmaq istəmir. Nazirin niyyəti baş nazirin müavini olaraq nəqliyyat sahəsini kurasiya etməkdir. Azərbaycan hakimiyyətində belə bir təcrübə mövcuddur. Məsələn, İsmət Abbasov kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılaraq baş nazirin müavini təyin edildi. Və kənd təsərrüfatının kurasiyası ona tapşırıldı. Ziya Məmmədov hətta bu məsələdə Rusiya prezidenti Vladimir Putinin dəstəyindən yararlanmağa çalışır. Bu barədə mətbuatda da məlumatlar dərc olunmuşdu. Və iddialar kifayət qədər əsaslıdır.

Cavid Qurbanov da Ziya Məmmədovun bu niyyətindən xəbərdardır. Ona görə də baş nazir təyin olunmaqla keçmiş şefini işçisi qismində görmək istəyir”, – deyə məlumatlı mənbə bildirib.

Qeyd edək ki, indiyə qədər baş nazir postu uğrunda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin sədri Oqtay Əsədov, Ziya Məmmədov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mübarizə aparırdı.

Mənbə bildirir ki, indiki vəziyyətdə adıçəkilənlərin heç birinin bu posta təyin olunmağa şansı yoxdur.

“Hakimiyyətin siyasi qanadının oliqarxiyaya qarşı açdığı savaşda Kəmaləddin Heydərov da hədəfdədir. Bu baxımdan ona baş nazir kimi postun veriləcəyi heç bir halda inandırıcı görünmür. Ziya Məmmədovla məsələ aydındır. Oqtay Əsədov isə  Qərbi Azərbaycan klanının təmsilçisi olduğuna və iqtidar daxilində bu qruplaşmaya qarşı münasibət birmənalı olmadığına görə Artur Rəsizadəni əvəzləyəcəyi mümkün deyil. Rövnəq Abdullayevə gəlincə, onunla bağlı ard-arda bir neçə olayın baş verməsi şanslarını sıfıra endirib.

Bu halda Cavid Qurbanovun şansı daha da artm;. çoxdur”.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Vəli Ələsgərovun məhkəməsinin sürprizsiz keçməsinin həqiqi səbəbi

%d bloqqer bunu bəyənir: