Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cavid Hüseynovla bağlı vəsatət təmin edilmədi…

Bu gün Bakı Apellyasiya Məhkəməsində Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib.
O, çıxışında məhkəmənin qismən istintaqla aparılmasını və şahid Aydın Mahmudovun məhkəmədə ifadə verməsini istəyib. Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası avqustun 12-nə təyin edilib.(Report)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Fransada törədilmiş terror aktı ilə əlaqədar AMP-in Bəyənatı

%d bloqqer bunu bəyənir: