Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
personal-big

Cavanşir Feyziyev “Avromed”dəki səhmlərini satdı

Milli Məclisini deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev “Avromed”in təsisçiliyindən imtina edib və səhmlərini satıb.

Millət vəkili səhmlərini satandan sonra şirkətin hüquqi statusu da dəyişib.
Belə ki, şirkət MMC-dən Qapalı Səhmdar Cəmiyyətə çevrilib.
Şirkətdən xəbəri təsdiqləyiblər və bildiriblər ki, bu dəyişikliklər 3 ay öncə baş verib.
Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, “Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə “Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.(bakipost.az)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN SƏDRİ S.A. ABDULLAYEVİN 24 SAAT . ORQ SAYTINDA DƏRC EDİLMİŞ BİR QRUP ŞİKAYƏTÇİNİN İDDİALARINA ETİRAZI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: