Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101983

Çarşaba bürünən terroristdən ETİRAF: “Sevgilim üçün…”

Türkiyənin Çukurova vilayətində qeyri-adi hadisə baş verib.

Nişanlısını görmək istəyən Cemil Ç. adlı şəxs qəribə yola baş vurub. Nişanlsının atasının “evlənmədən öncə qızımın üzünü görə bilməzsən” qadağası gənci başqa bir üsula əl atmağa vadar edib.

O, çarşaba bürənərək nişanlısının işlədiyi qadın salonuna gəlib və diqqət çəkib. Yaxınlıqdakı şəxslər onun terrorist olduğunu zənn edərək hadisə yerinə polis çağırıblar.

Cemil polislər tərəfindən tutularaq polis idarəsinə gətirilib.

O, verdiyi ifadəsində, nişanlısını çox sevdiyi üçün bu yola baş vurduğunu deyib:

“Nişanlım qadın salonunda işləyir. Onu görməyimi atası qadağan etmişdi, heç çöldə də görüşə bilmirdik. Qadın salonuna da kişi cildində içəri girə bilmirdim. Mən də sevdiyimi görmək üçün çarşaba bürünüb oraya getdim. Nişanlıma görüşdüm. Onu çox sevdiyim üçün belə bir yola baş vurdum. Mənim terrorla bir əlaqəm yoxdur”.(big.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ermənistanda əsgər yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi tutulub

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: