Canavar İsmayıllı sakininin üzünü parçaladı


İsmayıllı rayonunun Mücəftəran kəndi canavarların hücumuna məruz qalıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, canavarlar qoyun sürüsünə və yerli sakinlərə hücum çəkib. Hadisə zamanı bir neçə qoyun tələf olub.

Kənd sakinləri arasında xəsarət alanlar da var. Canavarların hücumu zamanı yerli sakinlərdən birinin hər iki qolu və üz nahiyəsi parçalanıb, çənəsi isə bir neçə yerdən sınıb.

Hazırda həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Biləsuvarda 3 nəfər 30 yaşlı kişini baltaladı

%d bloqqer bunu bəyənir: