Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Camalov-Ağayeva tandemi Şirvanı talayır – Detallar

 İcra başçısı Mərdan Camalovun Şirvanda 11 ildə gördüyü “işlər “ barəsində yeni məlumatlar əldə etmişik

124saa.torg-a daxil olan xəbərdə bildirilir ki, əhaliyə xidmət göstərən təxminən 300 ədəd daxili marşurutlarda işləyən mikroavtobuslardan hər gün yığılan pullar Təbrik adlı şəxsin vasitəsi ilə kimlərin cibinə gedir, bilinmir. Şirvan dayanacağında və köhnə bazarın yanında Bakıya işləyən taksilərdən Misirxan Şirəliyev pulu toplayır və hansı büdcəyə köçürür, o da bəlli deyil. Xəbərdə o da deyilir ki, köhnə telestudiyanın yanındakı ağ qum karyeri M.Camalova məxsusdur. Karyerdən yük maşınlarının həcmindən asılı olaraq hər maşına 20- 30 manat qum doldurulur və satılır. Karyerə Mərdan Camalovun ən etibarlı kadrı olan Su Kanal idarəsinin müdiri Hamlet Hüseynov rəhbərlik edir. M.Camalovun ən gəlirli sahəsi isə ağac biznesidir. 1 ağaca maşın toxunsa hər ağaca 1000 manat pul ödəməlisən. Elə vaxt olub 3,5 ağac avtomobil qəzası nəticəsində sınıb. Qəzaya uğrayan avtomobil polis şöbəsində girov saxlanılaraq ta ki pul alınmayana qədər buraxılmayıb. Mənbə qeyd edir ki, uşaq bağçalarında boş yataq yerinin siyahısı M.Camalovun stolunun üstündədir. Bağçaya qəbul edilən uşaqlara M.Camalov müavini Elmira Ağayevanın əliylə nəzarət edir. Uşaq bağçalarına qida məhsullarını yalnız Əliheydər alıb verməlidir. Bağça uşaqları yalnız Əliheydərin aldığı ərzaq məhsullarını yeyirlər. Səbəbini M.Camalov hamıdan yaxşı bilir. 24saat.org-u bilgiləndirən qaynağımız qeyd edib ki, M.Camalovun humanitar məsələlər üzrə müavini Elmira Ağayevaya kurasiyasında olan orta məktəblərə, məktəbə qədər müəssisələrə, uşaq baxçalarına, xəstəxanaya, müalicə diaqnostika mərkəzinə, mədəniyyət şöbəsinə yüksək peşəkarlıqla nəzarət edir. Bu müəssisələrə işə qəbul olunmaq istəyən şəxs yalnız Elmira Ağayevanın qəbuluna gəlib razılıq və xeyir dua almalıdırlar. Sual verən yoxdur ki, E.Ağayeva bu müəssisələrin kadrlar idarəsinin rəisidirmi? E.Ağayevanın qarşısında kimsə səsini çıxarda bilməz. Kimsə cəsarət tapsa dərhal Ağayevanın diqtəsi ilə Camalovun qəzəbinə tuş gələr. Şirvan sakinləri, eləcə də adını qeyd etdiyimiz müəssisələrin rəhbərləri E.Ağayevanın əlindən cana doyublar. E.Ağayevanın ən böyük arzusu Heydər Əliyev Fondunun xətti ilə tikilən hələ açılışı olmayan bağçaya kadrlarını yığmasıdır. Bir dəfə siyahı üzrə kadrlar yığılıb. Açılış gecikdiyi üçün kadrları çağırıb sənədlərini və pullarını geri qaytarıblar. Bütün şəhər sakinləri bilirlər ki, E.Ağayeva həmin bağçaya müəllim kimi işə qəbul olunmaq 5 min manat, tərbiyəçi müəllimə 3 min manat, xadimə 2500 manata qəbul edirdi. Şirvan şəhərində yeganə ailə Elmira Ağayevanın ailəsidir ki, ailə üzvlərindən 1 nəfər də işsiz deyil. Sanki Ağayevalardan başqa Şirvanda savadlı, ali təhsilli kadrlar yoxdur. Bu faktlar Şirvan şəhərindəki bu günki real vəziyyətdir. Onu da əlavə edək ki, Mərdan Camalovun baş memar Hacı Vüqarın və köməkçisi Şahmarın qəfildən işdən çıxmaları hələ də Şirvan camahatına qaranlıq qalıb. Bu haqda araşdırmalarımız davam edir. Qarşı tirəfəi dinləməyə hazırıq.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Kəmaləddin Heydərovun nazirliyində kütləvi ixtisarlar olacaq: idarə və şöbələrdə yoxlamalar başlayıb

%d bloqqer bunu bəyənir: