Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
703

“Çalışmalıyıq ki, rus ayısını qızışdırmayaq…”

“Azərbaycanla Türkiyə ağıllı siyasət yürütsə, erməni müxalifətinin sözləri düz çıxacaq”

“Mənə elə gəlir ki, bu, Rusiyanın özünün hazırladığı çox gözəl, ağıllı bir siyasi gedişdir. Çünki Rusiya Azərbaycanla olan münasibətlərini pozmamaq üçün Ermənistan müxalifətinin əliylə belə danışır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Ermənistanın “Aravot” qəzetində Rusiyanın əleyhinə yazılmış “Rusiyanın Ermənistanla vahid ordu yaratması bir tələdir, həmin ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək, Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırlayır” ifadələrinə münasibət bildirərkən deyib.
C.Nuriyev erməni müxalifətinin yazdıqlarına inanmamağı məsləhət görüb:
“Necə olur ki, Rusiya hazırda heç bir imkanı olmayan, heç bir maliyə resursu olmayan Obxaziya ilə birgə ordu yaratmaq haqqında daha bir saziş imzalayır. Bu, birmənalı şəkildə Rusiya-Ermənistan birgə ordusunun yaranması Azərbaycana, Türkiyəyə qarşı yönəldilmiş gələcək strateji plandadır. Əgər Azərbaycanla Türkiyə ağıllı siyasət yürütsə, erməni müxalifətinin sözləri düz çıxacaq. Yox, əgər Azərbaycan öz müstəqilliyini təmin etmək məsələsini önə çəkib birinci məsələ eləsə, ərazi bütövlüyünü tələb etsə, onda Azərbaycan üçün çox ciddi bəlalar formalaşdırıla bilər. Çünki hazırda Rusiyaya dur deyən yoxdur”.
Politoloq vurğulayıb ki, hazırda dünyada baş verən siyasi hadisələr də bizdən Rusiyaya qarşı təmkinli davranmağı tələb edir: 
“Nəzərə alsaq ki, ABŞ-da da vəziyyətin dəyişmə ehtimalı çox yüksəkdir, çünki yenidən 3 ştatda səslərin sayılmasıyla artıq oliqarxların yenidən Hillari Klintonu hakimiyyətə gətirmək iddiası ortaya  çıxıb. Trampın irəli sürdüyü fikirlər ABŞ-ın indiki hakimiyyətdə olanlarını qane etmir. Bu da ABŞ-da qarşıdurumaya gətirib çıxara bilər, o zaman dünya da qarışacaq. Buna görə də hazırda Ermənistanın hansı fikir söyləməsindən asılı olmayaraq Azərbaycan Rusiya ilə münasibətlərində bir dəyişiklik etməməlidir. Daha doğrusu, biz strateji cəhətdən müəyyən məsələlərə baxmalıyıq. Çalışmalıyıq ki, rus ayısını qızışdırmayaq. Rusiyayla sülhdən başqa cür danışmaq bu dəqiqə bizə nə əlverişlidir, nə də sərf etmir”.
C.Nuriyev onu da deyib ki, son zamanlar Rusiyanın Azərbaycan əleyhinə təbliğatı yenə güclənib: 
“Məsələn, Gürcüstanda tutulan brilliantı sosial şəbəkələrdə prezidentimizin ailəsinin adına çıxmağa çalışdılar. Bütün bunların hamısı öncədən hazırlanmış məsələlərdir. Əvvəlcə camaatı hazırlayırlar ki, baxın, sizin iqtidar bu işləri edir, camaat da istər-istəməz bir qədər əsəbidir, gərgindir, sosial problemləri var. O üzdən də daxili bazarda  müəyyən problemlər yaratmağa çalışan qüvvələrin əliylə iqtidarla xalq arasında yeni bir uçurum formalaşdırmaq istəyirlər.
Hazırda bizdə bizə qarşı informasiya müharibəsi aparılır. Bu məsələdə çox ciddi və ehtiyatlı olmalıyıq. Azərbaycanın sosial şəbəkələrində olan bütün KİV-ləri kimlərinsə marağına xidmət etməməlidir. Baxın, Ermənistanda bütün KİV-lər ermənilərin maraqlarına uyğun olaraq, hətta özlərinə ziyan vursalar belə, Ermənistanın ümumi dövlət mövqeyini sevirlər. Sarkisyanı sevmirlər, amma ümumi Ermənistanın məsələsi olanda bunu undurular. Bizdə isə tərsinədir, bizdə özünü müxalifət sayanlar tez bundan yararlanmağa çalışırlar”.
Politoloq sonda onu da bildirib ki, bu gün Azərbaycana, Azərbaycan iqtidarına qarşı məsələlər güclənirsə, demək bunun ardı da gələcək:
“Birinci dəfə deyil ki, bizə əvvəlcə yayılım atəşi açırlar, sonra topa tuturlar. Hazırda informasiya müharibəsi şəraitində Azərbaycana yayılım atəşi açırlar. Amma ağıllı olmalıyıq ki, bunun qarşısını ala bilək. Ona görə də Ermənistanın nə deməsi bizimçün o qədər də maraqlı olmamalıdır. Bunlar bizim diqqətimizi yayındırmağa yönəlmiş bir siyasətdir. Çalışırlar Azərbaycan arxayın olsun ki, Ermənistanla Rusiyanın yaratdığı ordu Türkiyəylə Azərbaycana qarşı deyil”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Arif Əliyev: “İctimai rəyə təsiri olmasaydı medianın saçını yolub başına torba keçirib bu vəziyyətdə saxlamağa cəhd göstərməzdilər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: