Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cahangir Hacıyevin yaxın adamı “İnter”in rəhbərliyinə necə gəldi?

Beynəlxalq Bankın sabiq sədri, “İnter”in sahibi və AFFA İcraiyyə Komitəsinin üzvü olmuş Cahangir Hacıyevin məhkəməsi davam edir. Milyardlarla vəsaitin havaya sovrulmasında ittiham olunan keçmiş bankirin məhkəmə prosesində səslənən fikirlər bu məsələnin yenidən gündəmə gəlməsi ilə nəticələnib.

Cahangir Hacıyevin özü ilə yanaşı, bir vaxtlar yaxın ətrafında olmuş şəxslərdə medianın gündəmindədi. Onlardan biri isə hazırda “İnter”in prezidenti vəzifəsini tutan Rəşad Qasımovdu.

Bu şəxs hazırda vəzifədə olsa da, indi milyardlarla manat pulun yoxa çıxmasında ittiham edilən bankirin ən yaxın adamlarından biri olub. Cahangir Hacıyevin həbsindən sonra “İnter”in kənar şəxsə tapşırılacağı gözlənilirdi. Lakin nə hikmətdisə, klub onun yaxınındakı adamlardan birinə tapşırıldı.

Mətləbə keçməzdən əvvəl qeyd edək ki, Rəşad Qasımov 29 iyun 1977-ci ildə dünyaya gəlib. 1994-1999-cü illərdə Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1999- 2000-cu illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində fəaliyyət göstərib. 2000-2011-ci illərdə Azərbaycan Beynəlfxalq Bankının Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışan yeni prezident 2011-ci ildən bankın Mühasibat uçotu və nəzarət departamenti direktoru olub.

Rəşad Qasımovun Cahangir Hacıyevlə yaxınlığını sübut edən faktlar hələ o, “İnter”in prezidenti təyin olunmazdan əvvəl mətbuatda yayımlanıb. Onlardan ən ciddisi isə dövlət çevrilişi məqsədi ilə ölkəyə gətirilən 18 milyard avronun qəbul edilməsi ilə bağlı sənədlərin altında məhz onun imzasının olmasıdı.

Bu barədə “Yeni Musavat” qəzetinə danışan keçmiş xüsusi xidmət polkovniki Tofiq Rəcəbov bildirmişdi ki, məqsəd ölkədə dövlət çevrilişi etmək olub. Bu pulun ölkəyə gətirilməsi barədə ona İsveçrədə məlumat verilib.

SİTAT: “Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdı, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. 2013-cü ildə prezident seçkisindən əvvəl. Həmin pullar (18 milyarddan söhbət gedir) çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir. İşdə MTN-in yüksək çinli zabitlərinin adı hallanır, yüksək vəzifə daşıyan, bu gün də yüksək vəzifədə olan şəxslərin adları var. Bu işdə AZAL prezidenti Cahangir Əsgərovun da marağı olub. Əgər onun marağı olmasaydı, içində o qədər pul olan təyyarə Bakı Hava Limanına enə bilməzdi. Əlimdə dediklərimi təsdiqləyən sənədlər də var”.

Çıxışını davam etdirən Tofiq Rəcəbov iddia edir ki, çevriliş məqsədi ilə ölkəyə gətirilən 18 milyardın qəbul olunmasında məhz Rəşad Qasımovun imzası olub.

SİTAT: “Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə işçisi Rəşad Qasımovun imzaları, möhürləri var. Pulu onlar qəbul ediblər. Bu gün də 18 milyard avro ortada yoxdu. Oğurlayıblar, ölkədən çıxarıb xaricdə banka yerləşdiriblər. Bu adamlar pul ölkəyə gəlməzdən əvvəl hazırlıqlarını görüblər. Pulun gələcəyindən xəbəri olan vəzifəliləri də “görüb”lər. Düşünməyiblər ki, məsələ nəzarətdən çıxıb ölkə rəhbərliyinə qədər gedib çıxa bilər. Pulun bura gətirilməsi məxfi əməliyyat kimi olub. Onların ağlına gəlməzdi ki, kimsə bundan xəbər tuta və məlumatı ötürə bilər. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsilə yazıb ötürdüm. Məcbur qalıb həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi. Məcbur qalıb pulu Cahangir Hacıyev qol çəkib Beynəlxalq Banka götürdü. Pulu Beynəlxalq Banka mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb, oğurlayıb xaricə göndəriblər”.

Yeri gəlmişkən, Rəşad Qasımov bu günə qədər bu ittihamları təkzib etməyib. Görünür ya deməyə sözü yoxdu, ya da himayəçilərinə o qədər arxayındı ki, özünü müdafiə etməyə belə ehtiyac görmür.

Amma qarşıdakı günlərdə çox şey dəyişə bilər. Cahangir Hacıyevin məhkəməsi yeni başlayıb və proseslər davam etdikcə dövlətin oğurlanan milyonlarının aqibətinə görə məsuliyyət daşıyan bir çox şəxslərin adı açıqlanacaq. Böyük ehtimalla onların arasında Cahangir Hacıyevin yaxın ətrafında olmuş adamların da adı olacaq. Keçmiş bankirin ən yaxınlarından biri də məhz Rəşad Qasımov olub… (fanat.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Futbol üzrə Dünya çempionatı üç ölkədə keçirilə bilər

%d bloqqer bunu bəyənir: