Now Reading:
Cahangir Hacıyevin “sağ əli” həbs olunur? – TƏFƏRRÜAT
Full Article 50 second read

Cahangir Hacıyevin “sağ əli” həbs olunur? – TƏFƏRRÜAT



Hazırda həbsdə olan Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin daha bir yaxın adamı dəmir barmaqlıqlar arasına göndərilə bilər.

İki gün öncə “İnter” Peşəkar İdman Klubunun rəhbəri postundan gedən Rəşad Qasımovun həbsi gözlənilir. “İnter”in prezidenti vəzifəsini müvəqqəti icra edən Rüfət Abdullayev mətbuata müsahibəsində Qasımovun gedişini biznes fəaliyyəti ilə əlaqələndirsə də, mənbə tam əksini iddia edir:
“Qasımovun biznesi var ki? O uzun müddət Beynəlxalq Bankın baş mühasibi, Cahangir Hacıyevin sağ əli olub, bütün maliyyə məsələlərində onun imzası var. Əgər maliyyə fırıldaqlarına görə Hacıyevə 15 il iş verilibsə və bunun ardınca Qasımov “İnter”in prezidenti postundan uzaqlaşdırılırsa, deməli, artıq şərhə ehtiyac yoxdur”.

Xatırladaq ki, oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq bankın sabiq idarə heyətinin sədri Cahangir Hacıyevə hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.(Olke.az)
x14875041_1780704982200633_459518903_n-jpg-pagespeed-ic-s2irlth0jl

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: