Now Reading:
Cahangir Hacıyevin həyat yoldaşı həbs edildi
Full Article 40 second read

Cahangir Hacıyevin həyat yoldaşı həbs edildi



Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva həbs edilib.

Bu haqda “Basta”ya məlumat verən etibarlı mənbə bildirib ki, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib.

Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq  Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə  və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.

Xatırladaq ki, ABB-nin keçmiş prezidenti Cahangir Hacıyev onunla birlikdə tutulan generallaardan fərqli olaraq, öz hüquqlarını fəal müdafiə edirdi. Müşahidəçilərin qənaətinə görə, Cahangir Hacıyevin həyat yoldaşının həbsi onun susdurulmasına hesablanıb.

 Bastainfo.com

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: