Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bee.jpg

Cahangir Hacıyevin fırıldaqçı şirkəti niyə bağlanır? – Təfsilat

Oktyabrın 12-də Beynəlxalq Sığorta Şirkətinin fəaliyyətinə xitam veriləcək.

24saat.org-un məlumatına görə, səhmdarların yığıncağında müzakirəyə çıxarılacaq məsələ ilə bağlı qərar açıqlanacaq. Böyük ehtimalla şirkətin aşağı maliyyə göstəricilərinə görə işi dayanacaq.

Bütün filiallar bağlanıb

Sığorta şirkətinin 100 faizlik təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Elmir Həbibullayev da açıqlamasında bunu təsdiqləyib.

“Beynəlxalq Sığorta Şirkəti” ASC Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini dayandırıb.
Məlumata görə, filialların bağlanması xərclərin optimallaşdırılması istiqamətində aparılan tədbirlər çərçivəsində baş tutub.
Bununla da şirkətin filialı qalmayıb. Hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə – Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,56 ünvanında həyata keçirilir.
Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi,17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Şirkət atdan pul istəyir
Qeyd edək ki, sözügedən sığorta şirkətindən zaman-zaman şikayətlər olub. Onlardan ən yadda qalanı Cəlilabad rayonunun Qarazəncir kənd sakini Xəlilov Məlik Novruz oğlu dedikləri idi.
M.Xəlilov yazmışdı ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda onun atını “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli avtomobil vurub.
Sitat: “Həmin maşın mənim atımla birgə həmkəndlim Əzizağa adlı kişinin də atını vurmuşdur. Nəticədə onun atı ölmüş, mənim atımın isə qıçı sınmışdır.
İndi bu “Beynəlxalq Sığorta Şirkəti” adlanan qondarma təşkilat sürücüyə sığorta pulu ödəməli olduğu halda, həmin pulu mənim boynuma yükləyir”.
İnək sağ qaldı, şirkət isə…
Başqa bir fakt. Neftçala sakini Əhmədova Mətanət Əli qızı sığorta şirkətini ifşa edib.
09.10.2014-cü ildə GREAT WALL HAVAL 2 markalı, 99 DC 783 dövlət qeydiyyat nişanlı avtomobillə sığorta müqaviləsi bağlanıb.
14.05.2014-cü il tarixində maşını 20-30 sürətlə sürdüyüm vaxt gözlənilmədən inək hürküdülmüş halda qarşıma çıxdı. Heyvanı vurmamaq üşün rulu sola burdum və nəticədə maşının sol tərəfdən arxa bufuru qaz turbasına dəyərək qırılıb dağıldı.
Mən də maşını 4 tərəfdən və hansı turbaya vurmuşam onu da çəkib yaddaş kartına atdım.
22 may 2014-cü il tarixdə Beynəlxalq Sığorta Şirkəti tərəfindən mənə məktub gəldi.
Məktubda qeyd edilir ki, siz qəza törətdiyiniz vaxt dərhal sığorta şirkətinə xəbər verməli idiniz və DYP əməkdaşları gəlmədən həmin ərazini tərk etməli deyildiniz. Beynəlxalq Sığorta şirkətinin işçiləri vətəndaşları belə aldadırlar.
Şirkətin işçisi Babək niyə görə mənə hadisə zamanı telefonda dedi ki, biz gələ bilmirik ora , siz maşının şəkilini çəkin və bizə göndərin? Halbuki , mən hadisə zamanı zəng edib onların nümayəndələrinin hadisə yerinə gəlmələrini tələb etmişəm”.
24saat.org qeyd edir ki, onlarla belə şikayət məktubları təqdim etmək olar. Sadəcə, elə bu iki fakt adıçəkilən sığorta şirkətinin reputasiyasını izah edir.
Onu da deyək ki, sığorta şirkəti Azərbaycan Beynəlxalq Bankına məxsusdur. İqtisadi böhran ölkədə 13 bankın lisensiyasının ləğvinə səbəb olub.
Keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra ABB da qara günlərini yaşayır. Sığorta şirkətinin ardınca bankın da çökəcəyi istisna deyil. Hələ ki dövlət dəstəyi ilə bank saxlanır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

2 jurnalist işdən çıxarılıb, daha 2-si ölümlə hədələnir, biri isə həbs olunub- SON 1 AYIN STATİSTİKASI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: