Now Reading:
Cahangir Hacıyevin adamı Sumqayıtda üsyan yetişdirir
Full Article 50 second read

Cahangir Hacıyevin adamı Sumqayıtda üsyan yetişdirir



Sumqayıtda fəaliyyət göstərən “İnter Tekstil” şirkətində işçilər aylardır ki, maaş ala bilmir.

Bu barədə 24saat.org-a sözügedən şirkətdə çalışan işçilərdən biri bildirib. Adının çəkilməsini istəməyən mənbə deyib ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, “kredit qalmaqalı”na görə həbs olunan Cahangir Hacıyevə məxsus oıan “İnter Tekstil”in rəhbəri Şakir Musayev müxtəlif bəhanələrlə işçilərə maaş vermir. “Cahangir Hacıyevin yaxın adamı olan Şakir Musayev özü də “kredit qalmaqalı”na görə həbs olunmuşdu. Lakin borcu ödənildikdən sonra azadlığa buraxıldı. Şirkətdə bir neçə nəfərin adına külli miqdarda kredit götürülüb. Həmin adamlar da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. İndi Şakir Musayev deyir ki, bütün pullar borcların ödənilməsinı sərf edilib. Guya yaxın vaxtlarda vəziyyət düzələcək. Amma bu inandırıcı görünmür”, – deyə qaynağımız bildirib. Mənbə əlavə edib ki, artıq işçilər aksiyalara başlamaq istəyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: