Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cahangir Hacıyev məhkəmədə ilginc açıqlamalar verəcək

Bankirin «kredit qalmaqalı»nın pərdəarxası məqamlarını açıqlayacağı iddia edilir

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, “kredit qalmaqalı”na görə həbs olunan Cahangir Hacıyevin məhkəmədə ilginc açıqlamalar verəcəyi gözlənilir.

Məlumat üçün deyək ki, artıq Cahangir Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilib və iş üzrə ittiham aktı Baş Prokurorluğu tərəfindən 19 iyul 2016-cı il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cahangir Hacıyev hələ istintaq müddətində vəkili və bacısı vasitəsilə müəyyən açıqlamar vermişdi. Məsələn, bankirin bacısı Əminə Hacıyeva ölkə başçısı Ilham Əliyevə müraciətində baş verənlərin hansısa maraqlı qüvvələrin işi olduğunu bildirmişdi. O, həmçinin “kredit qalmaqalı”na görə maliyyə naziri Samir Şərifovu ittiham etmişdi.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov da oxşar açıqlamalar vermişdi. Vəkil bildirmişdi ki, məsələnin kökündə Maliyyə Nazirliyinin rəhbərliyi ilə Cahangir Hacıyevin münasibətləri dayanır: “Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin münasibəti heç zaman yaxşı olmayıb. Dəfələrlə Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə yoxlamalar olub. Həmin yoxlamaların nəticələri Maliyyə Nazirliyinə təqdim olub. Nəticələr Maliyyə Nazirliyi tərəfindən qaralanıb, ”qara piar”a məruz qalıb. Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə böyük audit yoxlaması zamanı Maliyyə Nazirliyi rəhbərliyi iddia edib ki, guya Cahangir Hacıyev həmin audit şirkətini ələ alıb. Həmin məsələ Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamenti tərəfindən yoxlanılıb. Indi də işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinə veriblər. Bu qurum isə ixtisaslaşmış orqan olaraq iqtisadi məsələləri çözmək və ya qiymət vermək iqtidarında deyil. Hazırda yoxlamaya Maliyyə Nazirliyinin rəhbərliyi nəzarət edir. Onların subyektiv maraqları olmasına baxmayaraq dedikləri zərər ortaya çıxmır. Çünki dedikləri həmin rəqəmlər cəfəngiyyatdır”.

Məlumatlara görə, Cahangir Hacıyev məhkəmə prosesində də özünü müdafiə edərək bu tip açıqlamalar verəcək. Həmçinin onun kreditləri kimlərin tapşırığı ilə verdiyini də açıqlayacağı iddia olunur.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Azərbaycan Dəmir Yolları” və “Siemens” arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub

%d bloqqer bunu bəyənir: