Cahangir Hacıyev bəraət tələb edir


Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev ona çıxarılmış hökmdən apellyasiya şikayəti verib. Virtualaz.org xəbər verir ki, bunu C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev deyib.

Vəkilin sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş ərizədə Cahangir Hacıyev ona bütün maddələr üzrə bəraət verilməsini tələb edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin qərarı ilə C.Hacıyev 15 il müddətinə həbs cəzasına məhkum edilib və onun Azərbaycan Beynəlxalq Bankına 63 milyon manat, “Aqrokredit” QSC-yə isə 7 milyon manat ödəməsi barədə hökm çıxarılıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Nardaran işi”: Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: