Loading...
Loading...

Cahangir Əsgərov hədəfdədir

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) külli miqdarda borcunun yaranması qurumun rəhbəri Cahangir Əsgərovu hədəfə gətirib.

24saat.org-a daxil olan məlumata görə, artıq Prezident Administrasiyasında Cahangir Əsgərovun tutduğu vəzifədən azad edilməsi müzakirə mövzusuna çevrilib. İddia olunur ki, milyonlarla borc hakimiyyətin zirvəsində Cahangir Əsgərova etimadın itməsinə səbəb olub. Şübhələr var ki, “Azal” prezidenti özfəaliyyətlə məşğul olaraq qurumu maliyyə böhranına yuvarladıb.
Məlumat üçün deyək ki, AZAL-ın 650 milyon manatı borcu var. Bu borc dövlət zəmanəti altında cəlb edilən vəsaitlərdir.
Bu haqda AZAL-ın aviaparkının yenilənməsi zərurəti haqda danışan maliyyə naziri Samir Şərifov danışıb.
Nazirin sözlərinə görə, qeyd olunan vəsaitlər yeni təyyarələrin alınmasından ötrü nəzərdə tutulub.
Ekspertlər isə hesab edir ki, dövlət zəmanətli borclar korrupsiya mənbəyidir.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İcra başçısı Qarabağ veteranın əmlakını ələ keçirmək istəyir

%d bloqqer bunu bəyənir: