Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cənubi Qafqazda dörd səbəb, biri Qarabağ…

Dörd yeni səbəb var ki, ABŞ bunlara görə əsas diqqətini Cənubi Qafqaza yönlətməlidir. Bu qənaətlə ABŞ-ın xarici siyasət üzrə Duqlas və Sara Ellison Mərkəzinin direktoru Lyuk Koffi çıxış edib.

24saat.org  xəbər verir ki, amerikalı analitik öz hesabatında Birləşmiş Ştatların əsas diqqətini Cənubi Qafqaza yönəltməsini vacib edən səbəblər arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri və Rusiyanın Ermənistandakı hərib iştirakını atırmasını da göstərir. Qalan iki səbəb isə Cənubi Osetiyada Rusiyaya birləşmək üçün keçiriləcək referendum və sanksiyalardan sonra İranın iqtisadi-siyasi baxımdan mövqelərini gücləndirməsidir.

Hesabatda deyilir ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında aprelin əvvəllərində başlayan toqquşmalar onsuz da kövrək regionda destablizasiyanı daha da artırıb. Hər iki tərəfdən çoxlu itkilər olub, Azərbaycan qüvvələri 90-cı illərin əvvəllərində itirilmiş ərazilərin bir hissəsini geri ala bilib. Hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunsa da bu, kövrək razılaşmadır.

Müəllif xatırladır ki, Ermənistanla Azərbaycan arasında münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən başlayıb. Ermənistan bir neçə il çəkən müharibədə Azərbaycan ərazilərinin 20 faizini işğal edib. “Bu gün Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlaması Rusiyanın Krımı ilhaq etməsindən, yaxud Cənubi Osetiya və Abxaziyanı ələ keçirməsindən heç nə ilə fərqlənmir”-müəllif qeyd edir.

Lyuk Koffi Cənubi Osetiyadakı vəziyyətə toxunaraq yazır ki, Vladimir Putinin dostu və keçmiş KQB agenti Leonid Tibilov regionun Rusiyaya birləşdirilməsi üçün referendum elan edib. Səsvermənin bu ilin avqustunda keçiriləcəyi gözlənilir.

Müəllif habelə qeyd edir ki, Rusiya Ermənistanda da hərbi iştirakını durmadan artırır. Əgər Krım Rusiyaya Qara dənizə çıxış üçün lazım idisə Ermənistan onun Cənubi Qafqazdakı hərbi iştirakı üçün lazımdır.

Amerikalı analitik hesab edir ki, sanksiyalardan azad olan İran Qərb banklarında dondurulmuş 100 milyard dollarını geri aldıqdan sonra Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün yaxşı imkanlar əldə edib. Gözlənilir ki, İran xüsusən Ermənistanla ticarət-iqtisadi əlaqələrini dərinləşdirmək üçün bu imkanlardan istifadə edəcək.

Lyus Koffi hesab edir ki, ABŞ regiondakı maraqlarını qorumaq üçün Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti diqqətlə izləməlidir. “Sülh danışıqları dalana dirənib və ABŞ tərəfləri danışıqlar masasına qaytarmaq üçün çox az iş görür. Bu məsələdə sükut nümayiş etdirmək status-kvonun dəstəklənməsi deməkdir. ABŞ münaqişənin erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını da özündə birləşdirən  dinc həli yolu üçün tərəflərə güclü çağırışlar etməlidir”-müəllif bildirir.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Həbsdəki general Tağı Əhmədovla üzləşdirilməsini tələb edir

%d bloqqer bunu bəyənir: