Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Cənab nazir, bu lap ağ eləmək oldu axı” – Novruz Məmmədov

“Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O, bu yolla Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanın prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib etməyinə münasibət bildirib.

Novruz Məmmədov Nalbandyanın mərhələli həll variantını istisna etməyinə qarşı sərt mövqe tutub:

“Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə – bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.

Qeyd edək ki, Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib, Nalbandyan isə bunu təkzib edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Prezidentlərinin növbəti görüş yeri

%d bloqqer bunu bəyənir: