Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəmil Həsənli: “Qız qalasını da, “İçərişəhəri” də sökün…”

“Madam ki, bir lövhə ilə hər şeyi həll etmək mümkündür, onları niyə saxlayırsınız?”

Bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “Sovetski”dəki tarixi binaların sökülməsi ilə bağlı olduqca ilginc mövqe ortaya qoyub. Nazir bildirib ki, söküləcək tarixi binaların yerində tikilən yeni binalarda köhnə tikli ilə bağlı lövhə vurulacaq və orada yazılacaq ki, “vaxtiylə burada belə bir bina olub”.
Maraqlıdır, tarixi binaları söküb ondan geriyə sadəcə bir xatirə lövhəsi buraxmaq nə dərəcədə doğru və məntiqlidir? Mədəniyyət nazirinin tarixi-mədəni abidələrin dağıdılmasına bu şəkildə münasibət bildirməsi necə izah edilməlidir?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tarixçi alim, professor, Milli Şuranın sədri Cəmil Həsənli bu məntiqlə Qız qalasının, “İçərişəhər”in də sökülməli olduğunu bildirdi:
“Təbii ki, məsələyə bu cür yanaşmaq əsla qəbuledilən deyil və ola da bilməz. Bu məntiqlə onda gərək “İçərişəhər”i də, Qız qalasını da söksünlər, onların yanında bir lövhə vursunlar və qeyd etsinlər ki, burda vaxtiylə belə bir abidə olub. Madam ki belədir, onda “İçərişəhər”i, Qız qalasını saxlamağın nə mənası var?
Bu, çox gülünc və yarıtmaz yanaşmadır. Dövlət orqanı belə bir yanaşma ilə çıxış etməməlidir. Sadəcə olaraq, yuxarıdan göstəri verilib və söküntü gedir. Mədəniyyət naziri də özünü sığortalamaq üçün belə bir açıqlama ilə çıxış edir. Bütün baş verənlərin mahiyyəti bundan ibarətdir”.

Seymur Əliyev
24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – “Elçibəy qardaşın-qardaşa güllə atmasını istəmirdi” – IV YAZI

%d bloqqer bunu bəyənir: