Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qadin.jpg

Cəlilabadda 15 yaşlı qız yoxa çıxıb – Ailə Şokda (VİDEO)

Yeniyetmə  qız 10 gündür ki, yoxa çıxıb.

Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva sentyabrın 23-də axşam saatlarında evdən çıxıb. 15 yaşlı qızın valideyinləri onun evə gəlmədiyini görüb axtarışlara başlasalar da, bu günə kimi bir xəbər yoxdur.

Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsələr də, valideyinləri onun azyaşlı olduğunu əsas gətirərək “yox” cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları məlum olub.

Aynurənin atası Ramil Yusubov deyir ki, mobil operatorlardan ev telefonuna zəng etmiş telefon nömrələrinin siyahısını əldə edib. Onun sözlərinə görə, burada ailə üzvlərinin tanımadığı yeganə bir telefon nömrəsi var ki, o da zənglərə cavab vermir. Məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırmalar aparılır.

“Xəzər Xəbər”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Toyda kütləvi dava, iki nəfəri qanına qəltan etdilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: