Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəlilabad sakini daxili işlər nazirinə və baş prokurora müraciət etdi

“Dörd nəfər məni döyüb burnumu sındırdılar”

Cəlilabad rayon Muğan kənd sakini Filatov Nüsrət Abdulla oğlu Moderator.az – a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib.
Müraciətdə deyilir:
 
“Hörmətli cənab nazir, hörmətli baş prokuror!
Yazıb sizə bildirmək istəyirəm ki, mən Filatov Nüsrət Abdulla oğlu 1977 – ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ailəliyəm iki övladım var. 11 – iyul 2016 – cı ildə həmkəndlim Dövlətov Əli Rasim oğlunun toy mərasiminə ailəmlə birlikdə dəvətliydim. Həyat yoldaşımla birlikdə toy şənliyinin keçirildiyi ünvana, rayonda yerləşən “Orxan” şadlıq sarayına getdik.
Toyda sərxoş vəziyyətdə olan Muğan kənd sakini Ağayev Cavidan Əliguşat oğlu əyləşdiyi masadan həm mənə, həm də mənim ailəmə yumruq göstərdi. Ayağa qalxmaq istəyəndə dostlarım məni qoymadı. Özləri gedib Cavidan Ağayevə başa saldılar ki, özünü toyda normal aparsın. Amma, təəsüflər olsun ki, Cavidan Ağayev həddindən ziyadə sərxoş olduğu üçün özünü normal apara bilmirdi.
Evə getmək məqamında toydan çıxıb avtomobilimə əyləşərkən qaranlığa üstümə dörd nəfər adam cumdu və ilk olaraq sifətimə daşla elə zərbə vurdular ki, yerə yıxıldım. Məni o qədər döydülər ki, hərəkətim qalmadı. Yaxınlıqdakıların köməkliyi nəticəsində onların əlindən qurtula bildim. Məlum oldu ki, Ağayev Cavidan Əliguşat oğlu məni döymək üçün əvvəlcədən plan quraraq öz qardaşı Ağayev Cavid Əliguşat oğlunu, bibisi oğlu Qasımov Vidadi Bəybala oğlunu və əmisi Ağayev Səmi Əlisahib oğlunu çağıraraq əvvəlcədən bayırda dayanaraq məni döyməyi planlaşdırıblar.
Adı çəkilən şəxslərin məni döyməsi nəticəsində burunum iki yerdən sındı hətta paltarlarımı da əynimdən cırıb çıxardılar. Yaxınlarım məni ağır vəziyyətdə evə gətirdilər. Mən polisə müraciət etmək istəsəm də, yaxınlarım kəndçiliyi, qohumçuluğu nəzərə alıb polisə şikayət verməyimə razı olmadılar. Mən ağır vəziyyətdə evdə olduğum bir vaxtda xəbər gəldi ki, Ağayev Səmi Əlisahib oğlu 15 yaşlı oğlum Filatov Tural Nüsrət oğlunu da dükandan gələrkən yolda döyüb. Hadisənin səhəri günü adı çəkilən şəxslər rayon polis bölməsinə müraciət edərək bildirmişlər ki, guya Filatov Nüsrət Abdulla oğlu bizi toyda döyüb. Polis əməkdaşlarının dəvətindən sonra məni də maşına qoyub bölməyə apardılar. Rayon polis bölməsində mən də ərizə yazaraq adı çəkilən şəxslərin məni necə döydüklərini əməkdaşların nəzərinə çatdırdım.
 
Hörmətli cənab nazir, hörmətli baş prokuror!
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim heç bir idman dərəcəm yoxdu tək dörd nəfəri döyə bilim. Bu sadəcə mənə qurulmuş qurğudu. Hadisə zamanı mən ancaq başımı tutdum ki, başımı partlatmasınlar. Sizdən xahiş edirəm adı çəkilən şəxslərin məsuliyyətə cəlb edilərək, qanun qarşısında cavab vermələrini təşkil edəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkürümü bildirirəm.
Tel: 050 – 864 – 50 – 90″
Xatırladaq ki, adı çəkilən şəxslər problemi araşdıraraq saytımızda yayımlayan Moderator.az – ın əməkdaşı Vasif Əlihüseynin də mobil telefonuna zəng vuraraq təhqiredici ifadələr işlədiblər. Əməkdaşımız da adı çəkilən şəxslərlə bağlı polisə müraciət edəcəyini bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yanğında ölən balaca Fərəhin anası məhkəmədə nələr danışdı?

%d bloqqer bunu bəyənir: