Loading...
Loading...

Cəbhədə yenə güllə səsləri eşidildi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub.

24saat.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

239 vəzifəli şəxs məsuliyyətə cəlb olunub

%d bloqqer bunu bəyənir: