Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəbhədə iki aylıq sükutdan sonra ilk qan töküldü, düşmən bir əsgərimizi vurdu

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Xatırladaq ki, təxminən iki ay ərzində təmas xəttində əsasən sakitlik hökm sürürdü və heç bir ciddi insident qeydə alınmırdı. Lakin iki aylıq sükutdan sonra Ermənistan ilk qanı tökdü və indi təmas xəttində vəziyyətin necə inkişaf edəcəyini izləmək lazımdır.

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 811 nəfər itkin düşüb

%d bloqqer bunu bəyənir: