Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəbhədə gərginlik – Səhər saatlarından döyüşlər yenidən başladı

esger11Cəbhə bölgəsində düşmənlə təmas xəttində vəziyyət yenidən gərginləşib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

Qurum rəsmisi bildirib ki, dünən gecə saatlarında təmas xəttində vəziyyət yenidən gərginləşib. Bu gün səhər vəziyyət nisbətən sabitləşsə də, düşmən tərəf yenidən ağır artilleriyalardan cəbhə boyu mövqelərimizi, xüsusən də Ağdərə, Xocavənd, Ağdam və Tərtər rayonlarındakı yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab atəşi endirir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Trend.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

MN: “Biz heç bir mövqe itirməmişik”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: