Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106118

Cəbhədə gərgin gecə

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub.

Moderator.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şirvanlı, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Niyə Eldar Mahmudovun əvəzinə bizim “Tarzan” Akif içəridə yatır?”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: